İraqın şimalındakı Mossadın casusluq mərkəzinə hücum

Qafqaztimes xəbər verir ki, iraqlı mənbələr, İraqın şimalındakı sionist rejimin kəşfiyyat və xüsusi əməliyyat mərkəzinə (Mossad) bir hücum edildiyini bildiriblər.

“Sabirin News” və “Mərkəz Əl-Elam Əl-Maqavim” teleqram kanalları, çərşənbə axşamı gecəsi bir təhlükəsizlik mənbəsinə istinad edərək, naməlum bir qrupun Mossad mərkəzinə hücum edərək bir sıra İsrail qüvvələrini öldürdüyünü və ya yaraladığını bildiriblər.

Mənbələr əlavə məlumat verməyiblər, lakin hadisənin təfərrüatlarının tezliklə yayımlanacağını qeyd ediblər.

İraqın Kürdüstan bölgəsi, bu ölkədəki media mənbələrinin sionist ünsürlərin fəaliyyətləri barədə dəfələrlə xəbərdarlıq etdiyi bölgələrdən biridir. Xatırladaq ki, sionist rejimi 2017-ci ildə bu bölgənin İraqdan ayrılmasına dair keçirilən qanunsuz referendumu dəstəkləmişdi.

Related posts

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…

Dünyanı kim qarışdırır?