Rusiyada məşhur internet fenomeni haqqında film çəkiləcək – FOTO

Rusiyanın “Nashe kino” kino şirkəti məşhur mem qəhrəmanı haqqında “Jdun” adlı tammetrajlı komediya filmi çəkəcək.

Film ailəvi baxış üçün nəzərdə tutulub.

Bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

Filmin rejissoru Dmitri Suvorov çəkilişlərin bu ilin payızında başlanmasını planlaşdırır.

Süjetə görə, yadplanetli Jdun Yerə planetinə gəlir və Abrau-Dyursoda babası-nənəsi ilə istirahət edən bir oğlanla tanış olur. Oğlan Jdunun öz evinə qayıtmasına kömək etməlidir, Jdun isə onun ailədəki problemlərini həll etməlidir.

Filmin premyerası 2024-cü ilin yaz-yay aylarına planlaşdırılıb.

Qeyd edək ki, Jdun holland rəssamı Marqrit van Brevort tərəfindən yaradılıb və 2016-2017-ci illərdə internet fenomeninə çevrilib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO