ABŞ-da dəhşət: Qadın azyaşlı uşağı öldürərək cəsədini vedrədə gəzdirdi (Video izlə)

ABŞ-da dəhşətli cinayət baş verib. Belə ki, qadın sevgilisinin altı yaşlı qızını öldürüb, cəsədini də vedrədə gəzdirib. Qorxunc hadisə Luiziana ştatının Cefferson qraflığında baş verib.

Məlumata görə, uşağın atası həmin səhər qızı və qadının evdə olmadığını aşkar edib. O, narahat olub və polisə məlumat verib.

Uşağın meyiti bir neçə məhəllə aralıda yaşayan öz anasının evinin düz qarşısında plastik vedrədə tapılıb.

Sonradan müşahidə kameralarında kişinin sevgilisi Hanna Landonun sakit vəziyyətdə təkərli ağ vedrəni sürüdüyünü əks etdirən görüntülər yayılıb.

Qadın həbs edilib.

Şübhəlinin vedrəni sevgilisinin keçmiş arvadının evinə gətirməsinin səbəbi məlum deyil. Hadisənin qısqanclıq və qisas zəminində ola biləcəyi güman edilir.

Qeyd edək ki, ABŞ cəmiyyətində yetkin insanların öz aralarındakı münaqişələrə azyaşlıları da qatması halları geniş yayılıb.

Related posts

Meşədən kütləvi köç edən qırxayaqlıların görüntüsü tayvanlıları dəhşətə gətirdi – VİDEO

Yaşlı qadın küləyin qurbanına çevrilməkdən son anda xilas oldu – ANBAAN VİDEO

Türkiyədə qəribə hadisə: Eyni vaxtda çox sayda çuxurlar əmələ gəldi – FOTO