Rusiya və Çinin ABŞ-ın “Demokratiya Sammiti”nə qarşı birgə bəyanatı

Qafqaztimes xəbər verir ki, Rusiya və Çinin ABŞ-dakı səfirləri ABŞ-ın ev sahibliyi etdiyi qondarma Demokratiya Sammitini pisləyən birgə bəyanat yayıblar.

Sputnik-in məlumatına görə, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov və onun çinli həmkarı Ken Qanq bəyanat verərək deyiblər: “Birləşmiş Ştatlar dekabrın 9 və 10-da özünü “demokratik dövlət” kimi tanıtmaq və hansı ölkələrin bu etiketə layiq olub olmadığını müəyyən etmək üçün onlayn Demokratiya Sammitinə ev sahibliyi edəcək”.

Bəyanatda deyilir: “ABŞ-ın soyuq müharibə məqsədi daşıyan bu addımı ideoloji qarşıdurmanı gücləndirəcək və dünyada parçalanmalar yaradacaq və yeni bölücü xətlər çəkəcəkdir.”

Rusiya və Çin diplomatları əlavə ediblər: “Bu tendensiya müasir dünyada gedən proseslərə ziddir. Qlobal çoxmərkəzli arxitekturanın formalaşmasının qarşısını almaq mümkün deyil. Çin və Rusiya bu addımın qəti əleyhinədir.”

Bəyanatın davamında deyilir: “Ölkələr başqalarını tənqid etməyi deyil öz daxili məsələlərini yoluna qoymağı diqqət mərkəzində saxlamalıdılar. Rusiya və Çindəki demokratiyadan narahat olmaq lazım deyil. Əksinə xarici hökumətlər özləri və daxildə baş verənlər haqqında düşünsələr daha yaxşı olardı.”

Related posts

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib

Yəmən: Amerika və İsrail gəmilərini vurduq