Hacı Qasim hər gün necə təvəssül edərdi?

Qafqaztimes xəbər verir ki, “Müqəddəs Müdafiə” müharibəsinin iştirakçılarından olan iranlı keçmiş döyüşçü Cavad Tacik bu qeyri-bərabər döyüş barədə xatirələrini nəql edərkən “müqəddəs müdafiə” müharibəsi ilə Suriya müharibəsi arasındakı oxşarlıqları xatırladaraq deyib: “Hacı Qasim Süleymani Suriya müharibəsində bu “Müqəddəs müdafiə” irsinin daşıyıcısı idi. Bir dəfə bir nəfər məndən soruşdu ki, necə oldu ki, Hacı Qasim belə oldu? Mən dedim: “Bir dəfə onu Mehrabad hava limanında təsadüfən gördüm və bu sualı Hacı Qasim Süleymaninin özünə verdim. O, belə cavab verdi: Elə gün yoxdur ki, şəhidlərə təvəssül etməyim və elə bir gün yoxdur ki, qəlbimdə şəhidlərin xatirəsi canlanmasın! Dedim ki, hansı şəhidlə daha çox ünsiyyət qurursan? O, dedi: “Şəhid Mir Hüseyni… Harada işim çətinliyə düşsə, şəhid Mir Hüseyniyə təvəssül edirəm.”

Müqəddəs Müdafiənin rəvayətçisi Suriya müharibəsi ilə bağlı xatirələrini danışarkən belə davam edib: “Dostlarımız 2014-ci ildə “Təlaiyə”də şəhidlərin cəsədlərini axtarış apararkən yanında su ilə dolu əsgər su qabısı olan bir şəhidin cənazəsini tapdılar. Maraqlı idi ki, otuz ildən sonra su qabındakı su nə iylənmişdi, nə də xarab olmuşdu. Elmiyyə hövzələrinin o zamankı müdiri Ayətullah Müqtədai Əhvaza gəlmişdi. Onlar su qabını ona göstərmiş. O, isə bunu görcək demişdi: Bu, bir əlamətdir ki, şəhidlərin yanında olan hər nə varsa xarab olmaz və çürüməz. Həmişə şəhidlərin yanında olan şəxs də heç vaxt “xarab” olmaz. Hacı Qasim də belə idi. O, həmişə şəhidləri yad edər, şəhidlər üçün göz yaşı tökər və hər yerdə şəhidlərin xatirəsini uca tutardı.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?