Qonşu ölkədə dəhşətli qəza: 14 nəfər yanaraq öldü (Video izlə)

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində 14 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Haadisə “Peugeot” markalı iki minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.

Məlumata görə, avtomobillər toqquşduqdan sonra alovlanmağa başlayıb və 14 nəfər yanaraq həlak olub.

Dünən gecə saatlarında baş verən qəzada ölən 14 nəfərdən 11-nin hadisə yerində, üçünün isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişdiyi bildirilib.

Related posts

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO

Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO