Gəmidə kütləvi dava düşdü (Video izlə)

“Carnival Cruise Lines” kruiz gəmisində kütləvi dava baş verib.

İnsidentdə ən azı 60 nəfərin iştirak etdiyi bildirilib.

Hər şey iki sərnişin arasındakı əlbəyaxa davayla başlayıb. Ətrafdakılar oları ayırmağa çalışsalar da, əksinə davanın böyüməsinə səbəb olublar.

Hadisə şahidlərinin sözlərinə görə, dava təxminən bir saat davam edib. Bu müddət ərzində onun iştirakçıları beşinci mərtəbədən birinci mərtəbəyədək irəliləyiblər. Laynerin təhlükəsizlik xidməti hadisə ilə bağlı ABŞ Sahil Mühafizəsini xəbərdar etməli olub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO