Qazaxıstanda aksiyalara kim başçılıq edir?

QafqazTimes.com unn-com.ua-ya istinadən xəbər verir: Eks-bankir, sabiq energetika naziri  Ablyazov özünü Qazaxıstanda aksiyaların lideri adlandırıb. Muxtar Ablyazov hazırda Parisdə yaşayır. O bu barədə Reuters-ə müsahibəsində deyib. Ablyazov deyib ki, aksiyaçılar  onunla əlaqə saxlayır, növbəti addımlar barədə məsləhətləşir.

Ablyazov Qazaxıstanda nazir postundan istefa verdiyi zaman rüşvətxor Nazarbayev sistemində işləməyin mümkün olmadığını vurğulamışdı. Bundan dərhal sonra onun haqqında dövlət vəsaitini mənimsəmə ittihamı ilə cinayət işi açıldı. Amma sabiq nazir və bankir ölkəni tərk edə bilmişdi. Leon məhkəməsi onun ekstradisiyası barədə hökm çıxarsa da, Ablyazov Fransada yaşamaqda davam edir.

Qazaxıstanda etirazların əsas səbəbi qiymətlərin artmasıdır. 1 yanvarda təkcə avtomobil qazının qiyməti 2 dəfə artırılıb.  

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib