Əl-Kazimi Nəcəf Əşrəfdə Müqtəda Əs-Sədrlə görüşüb

QafqazTimes xəbər verir ki, Middle East News-un məlumatına görə, İraqın baş nazirinin ofisi bir açıqlamada bildirib ki, Mustafa Əl-Kazımi Müqtəda əs-Sədr ilə görüşmüş, Nəcəf Əşrəfdə əhaliyə xidmət səviyyəsinin yaxşılaşdırılması, bu şəhərdə və İraqın digər şəhər və vilayətlərində xidmət vasitələrində yaranan maneələrin aradan qaldırılması yollarını müzakirə etmişdir.

Cümə axşamı axşam saatlarında Nəcəf Əşrəfə səfər edən Əl-Kazimi Nəcəfin Hənnanə məhəlləsindəki evində Müqtəda əs-Sədrlə görüşüb.

Sədrlə görüşdən sonra jurnalistlərin suallarına cavab olaraq, o, Nəcəf səfərinin sadəcə iş səfəri olduğunu və heç bir siyasi ölçüyə malik olmadığını bildirib.

Bundan əvvəl Nəcəf əyalətinin rəsmiləri ilə görüşdə o, səfərin sadəcə inzibati səfər olduğunu vurğulamışdır.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!