Qatil sionist Türkiyəyə gəlir!

QafqazTimes.com Haberturk-a istinadən xəbər verir: Türk xalqının işğalçı sionist İsrailin prezidentinin Türkiyəyə səfərinə qəzəbi soyumamış işğalçı rejimin qatil baş naziri Naftali Bennetin səfəri anons edildi. Türkiyə prezidenti Ərdoğan yaxın günlərdə İsrail prezidentinin Türkiyəyə gələcəyini və iki dövlət arasında yeni era başlanacağını bildirib.

Türkiyə xalqı Fələstinin sionist yəhudilər tərəfindən işğal olunduğu 73 ildə heç vaxt bu işğalla barışmayıb, həmişə sionist rejimi lənətləyib. Hakimiyyətə islamçı adı ilə gələn Ərdoğan Türkiyənin qürurunu qırdı. Amma Bennetin səfəri Türk xalqının qəzəbini daha da şiddətləndirəcək – ekspertlər bu səfərin ümumölkə etiraz aksiyaları ilə müşayiət ediləcəyini bildirir.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…