BMT İsrailə şərt qoyub

QafqazTimes xəbər verir ki, İsrailin Kanal 12 televiziyasının cümə günü verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı, işğalçı rejimin təşkilatın Nyu-Yorkdakı baş qərargahında sərgi təşkil etmək tələbini Qüdsün İsrailin paytaxtı kimi qeyd edilməməsi şərti ilə cavablandırıb və bu, rejiminin səfiri Gilad Ardanın etirazına səbəb olub.

Məlumata görə, “Knesset 70 illik yubileyini qeyd edir – Parlament (Knesset) İsrail cəmiyyətini formalaşdırır” adlı sərgi bundan əvvəl 2019-cu ildə işğal olunmuş ərazilərdəki Ben Qurion hava limanında keçirilmişdir.

Kanal 12-nin məlumatına görə, rejimin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndə heyəti sərginin BMT-nin mənzil-qərargahında keçirilməsini istəyib, lakin BMT bir sıra nüansların sərgidən çıxarılmasını, o cümlədən konstitusiyadan bir maddənin ləğv olunmasını şərt qoyub. 1980-ci ildə təsdiq edilmiş konstitusiya əsasən işğalçı rejim Qüdsü İsrailin yeganə tam paytaxtı kimi tanıyır.

Birləşmiş Millətlər Təşkilatı İsrail nümayəndə heyətinə müraciət edərək deyib: “Baş Assambleyanın və müvafiq Təhlükəsizlik Şurasının qərarlarına əsasən, Qüdsün konstitusiyaya görə İsrailin paytaxtı olduğunu bildirən 43 nömrəli şəkli silin, çünki biz bunu etibarsız hesab edirik.”

BMT həmçinin əlavə edib: “Bu, həssas məsələdir və verilən məlumatlar beynəlxalq hüquqa ziddir.”

Related posts

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik

İraq müqaviməti işğal olunmuş Cövlan yüksəkliklərinə hücum etdi