Qatarı partladıb sərnişinləri girov götürdülər (Video izlə)

Nigeriyada Abuci-Kaduna reysi ilə hərəkət edən qatar terrorçular tərəfindən partladılıb. Nəticədə vaqonlar relslərdən çıxıb. Bundan sonra terrorçular qatarı güllə yağışına tutublar.

İlkin məlumatlara görə, hücum “Boko Haram” terrorçuları tərəfindən həyata keçirilib. Onlar vaqonlarda oturacaqların altına partlayıcı qurğu yerləşdiriblər.

Ölənlərin və yaralananların dəqiq sayı açıqlanmayıb. Bəzi sərnişinlər isə girov götürülüb.

Ümumilikdə qatarda 1000-ə yaxın sərnişin olub.

Bu, son iki gündə ölkədə baş verən ikinci terror aktıdır. Bundan əvvəl Kaduna hava limanına hücum edilib.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO