10 yaşlı məktəbli qazıntı zamanı tapdığı qədim möhürü hərraca çıxardı – FOTO

Britaniyalı məktəbli metal detektoru ilə axtarış aparan zaman qədim kilsə möhürü tapıb və onu 5 000 dollara (9, 405 manata) satıb.

Qeyd olunur ki, 10 yaşlı Corc Henderson atası ilə bərabər qazıntı işlərinə qoşulub.

Aparılan axtarışlar nəticəsində C. Henderson qədim dövrlərdə monastırda istifadə edilən oval formalı möhürə rast gəlib.

Bilidirilir ki, təxminən 800 il yaşı olan möhürün üzərində qucağında körpə uşaq olan Məryəmin təsviri var.

Corc və valideynləri tapıntını hərraca çıxarmaq qərarına gəlib və bu, kolleksiyaçıların diqqətini çəkib.

Məktəbli qazancının yarısını möhürün tapıldığı ərazinin sahibi olan fermerlə bölüşməyə qərar verib.

Related posts

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO