Qaşıqçının həyat yoldaşının telefonunda casusluq proqramı

Qafqaztimes xəbər verir ki “The Washington Post”-un məlumatına görə bir BƏƏ-ə aid dövlət qurumu səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının öldürülməsindən bir neçə ay əvvəl onun həyat yoldaşının telefonunda İsrailin NSO Group şirkətinin casusluq proqramını yerləşdiribmiş.

Amerika qəzeti çərşənbə axşamı bildirib ki, Hənnan əl-Atr” 2018-ci ilin aprelində Birləşmiş Ərəb Əmirliklərində saxlanılarkən onun telefonuna Pegasus casus proqramı əlavə edilib.

Washington Post qəzetinin məlumatına görə, əl-Atr həmin ay Dubay hava limanına gəldikdən sonra həbs edilmiş və dindirilməzdən öncə iki android telefonu, noutbuk və parolları ondan təhvil alınmışdır.

Məlumata görə, Əl-Atr Qaşıqçı ilə 2018-ci ilin iyununda İslami mərasimlə evləndiyini bildirib.

Qeyd edək ki, qəzet öz təhlilini Toronto Universitetinin kibertəhlükəsizlik üzrə eksperti, illərlə Pegasus və digər casus proqramların istifadəsini araşdıran Bill Markzakın köməyi ilə aparıb.

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib