İran Xarici İşlər Nazirinin Bakıya səfəri

Qafqaztimes xəbər verir ki, Azərbaycan Respublikasının rəsmiləri ilə görüşmək üçün çərşənbə günü səhər Bakıya gələn İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb.

Əmir Abdullahian bu görüşdə Türkmənistanda Ayətullah Seyid İbrahim Rəisi ilə İlham Əliyev arasında bu yaxınlarda keçirilmiş görüşə toxunaraq deyib: “Cənab Rəisi bu yaxınlarda Aşqabadda keçirdiyiniz görüşdə sizi Tehrana dəvət etdi və yenidən bu dəvəti təkrar etməyimi məndən xahiş etdi.”

O, həmçinin deyib: “Xoşbəxtlikdən iki prezidentin görüşü iki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan arasında münasibətlərdə dönüş nöqtəsi və yeni inkişaf oldu.”

Görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi və İran Xarici İşlər Nazirliyində Avrasiya üzrə baş direktor Əlirza Həqiqian da iştirak etmişlər.

İran İslam Respublikasının xarici işlər naziri Bakıya gəldikdən sonra jurnalistlərə müsahibəsində deyib: Bu gün bizim Azərbaycan Respublikasının rəsmiləri ilə yüksək səviyyəli görüşlərimiz olacaq və biz şadıq ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir və bu əlaqələr böyüyür, inkişaf edir və möhkəmlənir. Mən bu səfər zamanı daha çox əməkdaşlıq planları barədə təkliflər irəli sürəcəyəm və Azərbaycan prezidenti ilə görüşdə bu ideyalar müzakirə olunacaqdır.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Yəhudilər qaçır!