Qallant Netanyahudan üzr istəyərək vəzifəsinə qayıdacaq

QafqazTimes xəbər verir ki, sionist “Kan” telekanalı bu gün (cümə axşamı) xəbər verib ki, sionist rejimin müharibə naziri Yoav Qallant Benyamin Netanyahudan üzr diləməklə öz işinə qayıtmağı qəbul edib.

Al-Araby Al-Jadeed saytının məlumatına görə, Qallant sağçı Şas partiyasının rəhbəri Aryeh Dareinin məhkəmə sistemindəki dəyişiklikləri tənqid etdiyinə görə Netanyahudan açıq şəkildə üzr istəməsi təklifini qəbul edib.

Kan, həmçinin Qallantın yalnız tənqidlərinin münasib zamanda olmaması üçün üzr istəməyə razı olduğunu və bu tənqidlərin özünə görə peşman olmadığını açıqlayıb.

Qallantın Müharibə Nazirliyinə qayıtması onun dünən Belmahim hava bazasında “Ofik 13” casus peykinin buraxılış mərasimində iştirak etməsindən sonra baş verib və həmin vaxt İsrail mediası onun çox güman ki, vəzifəsində qalacağını yazıb.

Təl-Əviv Nazirlər Kabinetinin Müharibə Nazirinin mübahisəli məhkəmə islahatları planını tənqid edən son bəyanatları İsrailin baş naziri Benyamin Netanyahunun bazar günü (26 mart) onu vəzifəsindən azad etməsinə səbəb olub.

“Axios” xəbər saytı Netanyahunun Qallantı həll yollarına nail olmaq səylərini sarsıtmaqda və çıxışından öncə məsləhətləşməməkdə ittiham etdiyini bildirib.

Related posts

Dünyanı kim qarışdırır?

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı