Misir və Suriyanın dövlət başçıları görüşəcək

Səudiyyə Ərəbistanı KİV-ləri Suriya və Misir prezidentlərinin görüşlərinə hazırlıq işləri getdiyindən xəbər verir.

Fars İnformaisya Agentliyinin məlumatına əsasən, Misir prezidentinin Suriyaya səfər planı hazırlanır və görüş Fitr bayramından sonra həyata keçəcək.

Misir informasiya vasitələri isə dövlət başçılarının görüşündən əvvəl sabah (1 aprel) Suriya xarici işlər naziri Feysəl Miqdadın Qahirəyə səfər edəcəyini, həmkarı Samih Şükrü ilə görüşəcəyini deyirlər.

Qeyd edək ki, uzun illər sonra fevral ayında Samih Şükri Dəməşqə getmiş, Misir prezidenti Əbdül Fəttah Əlsisinin zəlzələdən zərər çəkənlərə görə təəssüf mesajını Bəşar Əsədə çatdırmışdı. Elə o səfərdən sonra iki ölkə arasında əməkdaşlıqların yenidən başlamasına şərait yaranmışdı.

Related posts

Ağ Ev: Qəzzədə atəşkəs mümkündür

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək