Qadınlar kişilərin qadınlıq istəyinə qarşı!

QafqazTimes.com NBS-yə istinadən xəbər verir: Dünyada təkcinsli nikah, LGBT hərəkatı genişləndikcə qadınların “Əsil qadın hərəkatı” da güclənir. Qadınlar dünya dövlətlərinin kişilərə qadınlıq haqqı verməsinə qarşıdır. Amerikada ötən il mart ayında heçirilən etiraz aksiyası bu hərəkatın çətiri altındadır. Bu il də mart ayında oxşar aksiyalar planlaşdırılır.

Ötən il amerikalı qadınlar Baydenin transseksullar haqqında fərmanına etiraz etdilər. Aydın olur ki, qadınların kişilərlə bərabər hüquqlar uğrunda mübarizəsi böyük faciə ilə nəticələnib: qadınlar kişiləşib, kişilər qadınlaşıb! «Women Picket-DC» adlanan hərəkat kişilərin qadınlıq haqqına sahib olmasına etiraz edir. Qadınlar kişilərlə bərabər hüquq tələb etdiyi zaman kişilər artıq qadınlarla bərabər hüquqa sahib olub: onlar cinslərini dəyişir, ərə gedir, hətta qadın idman yarışmalarına qatılırlar. Gücli kişi orqanizminə malik olan bu saxta qadınlar bütün yarışmalarda qadınları geridə qoyurlar. Qadınlar hərəkatının əsas etirazlarından biri cinsini dəyişən kişilərin qadınlarla bir yarışlara qatılmasıdır.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO