Əlcəzair dövlət televiziyasında ilk hicablı diktor

QafqazTimes xəbər verir ki, Əlcəzair müstəqillik əldə etdikdən sonra ilk dəfə bir hicablı diktor dövlət televiziyasında çıxış edib.

Nəcva Cədi Əlcəzair dövlət televiziyasında ölkənin müstəqilliyindən bəri ilk dəfə hicabla efira çıxan diktor olub. Bu hadisə Əl-Cəzair televiziyasında görünməmiş bir hadisə hesab olunur.

Əlcəzair televiziyası müstəqillik qazandığı gündən bəri müxtəlif telekanallarda baş örtüklü qadın jurnalistlərə qadağa siyasətini davam etdirib.

Buna misal olaraq əlcəzairli jurnalist qadın Nəsirə Məzhudu qeyd etmək olar ki, o, 2012-ci ildə hicab geyindiyinə görə televiziyada reportaj hazırlamaqdan məhrum edilmişdir.

Əlcəzairdə bəziləri televiziyada hicab qadağasını müstəqillik əldə etdikdən sonra Əlcəzair televiziyasının rəhbərliyində olan bəzi məmurların şəxsi inancları və improvizə qərarları ilə əlaqələndirirlər.

Related posts

ABŞ-ın əsil siması

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO