Qəzadan yayınmaq üçün yol kənarına çıxdı, piyadaları vurub öldürdü- ANBAAN (Video izlə)

Yük maşınının törətdiyi ağır qəza kameralar tərəfindən anbaan görüntülənib.

Türkiyənin Çorum vilayətində yük maşnının nasazlığı səbəbindən meydana gələn qəza nəticəsində iki nəfər həyatını itirib. Yük avtomobili qırmızı işıqda gözləyən avtomobillərə dəyməmək üçün idarəetmədən çıxan maşını səkiyə sürüb. Bu zaman səkidə gedən iki nəfəri vuran maşın daha sonra nasaz olduğu üçün yolun kənarında dayanan başqa bir avtomobilə çırpılıb. Təxminən 10 ton metal materialla yüklənmiş maşın qəza yerindən təxminən 100 metr aralıda dayana bilib.

Məlum olub ki, qəzaya səbəb yük avtomobilinin əyləc sisteminin sıradan çıxması olub.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO