Nazirliyin qərarı ciddi etiraz yaratdı: Bu oğurluqdur

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyul 2022-ci il tarixində keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb. 

Bu barədə Təhsil İnstitutundan xəbər verilib. Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır. Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır. 

Qeyd edək ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək. Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır. 

Maraqlıdır, kurslardan gəlib bal toplayanların balı yerində qalacaqsa, niyə təkrar imtahanda iştirak etmək istəyən namizədlərin sonuncu imtahanda əldə etdikləri nəticələr əsas götürüləcək? 

Təhsil üzrə ekspert Kamran Əsədov açıqlamasında bir məsələni xatırladıb:

“ Azərbaycan futbolunun milli yığmasının baş məşqçisi Şahin Diniyev Polşa ilə məğlubiyyətdən sonra demişdi ki, vicdanı, şərəfi olan məşqçi bu məğlibiyyətdən sonra istefa verər, ancaq mən vermirəm. Hər halda MİQ imtahanından sonra bir az vicdanı, şərəfi olan, sual satan, insanların taleyi ilə oynayanlar utanıb nəinki təkrar imtahan keçirməz, bu qədər insanın haqqına girib o imtahanı təşkil etməli deyil. Çünki məsələ 3 sual deyil. Orada kim araşdırıb ki, 3 sualdır, mən ortaya çıxardım. Ancaq mən göstərirəm ki, Azərbaycan dili və ədəbiyyatdan da kursun test bankından nə qədər sual var idi. Ümumilikdə sual yaza bilməyənin imtahan keçirmək haqqı yoxdur. Məqsəd qaralama kampaniyası keçirmək deyil, bu, səriştəsizliyin nəticəsidir. Məsələ odur ki, özlərini kompensasiya etmək üçün yenidən imtahan keçirək deyirlər. Elə şey olar? Siz əgər oğrusuzsa, yarımçıq oğurluq olmur, siz tam oğrusunuz. Necə yəni 3 sual ümumi nəticəyə çox təsir göstərməyib? Bu, sadəcə səriştəsizliyin bir nəticəsidir. İmtahanın nəticəsi tamamilə ləğv edilməlidir. Əgər 3 sual öz təsdiqini tapıbsa, demək digərlərində də var. Bu, əsas verir ki, bütün fənlər üzrə imtahanın nəticələri şübhə altına alına bilər. Deyirlər araşdırdıq, kim araşdırıb, insan öz-özünü araşdıra bilər? Hansı ekspert gəlib araşdırdı, əl çaldıqları, yoxsa özləri düzəltdikləri? Bu oğurluqdur, məsuliyyətsizlikdir, bunda cinayət tərkibi var və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdir. Ümumilikdə MİQ imtahanının bütün nəticələrinin ləğvinin tərəfdarıyam, qəbul etmirəm. Heç bir imtahan şəffaflığından söhbət gedə bilməz”. 

Ekspert deyib ki, həmin kursun sualları digər fənlərdə də istifadə olunub: 

“Qərar ədalətli deyil. MİQ imtahanının nəticələrini etibarlı hesab etmək olmaz. Nəinki ikinci şans verilməlidir, bütün nəticələr ləğv edilməlidir. Çünki kimlərin yüksək bal topladıqları kurslarla bağlı siyahı var. Həmin suallara yüksək bal toplayanlar neçə dəqiqə vaxt ayırıblar, digər imtahan iştirakçıları neçə dəqiqə vaxt ayırıblar? Ona görə də hesab edirəm ki, bütün MİQ imtahanının nəticələri ləğv edilməli, imtahanın keçirilməsi müvafiq qurumdan alınıb DİM-ə verilməlidir. Çünki özünün sualı olmayan bir qurum imtahan keçirə bilməz. Azərbaycanda şəffaf, obyektiv imtahan keçirmək ənənəsi DİM-dədir. Bu imtahanları yalnız DİM keçirərsə, etibarlı hesab etmək olar”. 

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO