Qətllə bağlı iş qatilə təhvil verildi!

QafqazTimes xəbər verir ki, Türkiyə Camal Qaşıqçının qətli ilə bağlı işi bağlayaraq və məhkəmənin Ər-Riyadda davam edəcəyini elan edərək, işi Səudiyyə Ərəbistanına təhvil verib. Türkiyə məhkəmə sistemi də bu qərarı qüvvədə saxlayıb.

ISNA-nın “Russia Today” telekanalına istinadən verdiyi məlumata görə, bu gün (cümə axşamı) Türkiyədə səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinən 26 nəfərin işi Ər-Riyada təhvil verilməmişdən əvvəl qiyabi məhkəmə prosesinin sonuncu mərhələsi keçirilib.

Çərşənbə günü Qaşıqçının işi ilə bağlı keçirilən dinləmədə Türkiyənin baş prokuroru Səudiyyə Baş Prokurorluğunun 13 mart 2022-ci il tarixli məktubuna istinad edərək, işin Səudiyyə Ərəbistanına təhvil verilməsi tələbini təkrarlayıb.

Məhkəmə iclası aprelin 7-nə təxirə salıb və vurğulanıb ki, Ədliyyə Nazirliyindən 26 müttəhimlə birlikdə işin Səudiyyə Ərəbistanına təhvil verilməsi ilə bağlı rəy istənməlidir.

Lakin Human Rights Watch təşkilatı Ankaranın bu addımını pisləyərək bildirib ki, bu, ədalət üçün hər hansı fürsəti əngəlləyir və Ər-Riyad rəsmiləri arasında qətl törətmək və cəzadan xilas olmağın mümkün olduğuna dair fikirləri gücləndirir.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

ABŞ beynəlxalq məhkəməni hədələyir!