Qərb Şəriyədə 282 fələstinli yaralanıb

Qafqaztimes xəbər verir ki, cümə günü Nablusun cənubundakı Bita qəsəbəsinin Cəbəl Sabih bölgəsində İsrail qüvvələri ilə qarşıdurmada 282 fələstinli yaralanıb.

Fələstin Maa xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Qızıl Aypara Cəmiyyətinin məsulu olan Əhməd Cibril deyib: “18 nəfərin odlu silahla yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.”

O, belə əlavə edib: “50 nəfər plastik örtüklü metal güllələrdən, 168 nəfər isə gözyaşardıcı qaz vasitəsilə xəsarət almışdır.”

Cibril həmçinin qeyd edib: “20 vətəndaş yerə yıxılma səbəbindən, 10 nəfər yanıqdan, daha 10 nəfər isə tüstü bombaları nəticəsində müxtəlif xəsarətlər almışlar.”

İşğal olunmuş Fələstin bölgələri, son aylarda fələstinlilərlə sionist silahlı qüvvələri arasında geniş gərginliyin və artan qarşıdurmaların şahidi olmuşdur.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək