Bəşar Əsəd and içmə mərasimində iştirak edib

Qafqaztimes xəbər verir ki, dünən (17 İyul Şənbə), Suriya prezidenti Bəşar Əsəd and içmək üçün prezident sarayına və Suriya parlamenti binasına yola düşüb.

O, rəsmi qarşılamadan sonra Suriya parlamentinin binasına daxil olmuş, iştirakçıları salamladıqdan sonra and içmə kürsüsünə çıxmış və Suriya parlamentinin sədri və üzvlərinin qarşısında and içmişdir.

Məlumata görə, mərasimdə Suriya parlamentinin üzvlərindən əlavə bir sıra siyasi şəxsiyyətlər, partiya üzvləri, din xadimləri, media nümayəndələri, elm adamları və şəhid ailələri də iştirak etmişlər.

Əl-Məyadin telekanalının veb saytının verdiyi məlumata görə, Suriya prezidenti parlamentdə and içdikdən sonra çıxış edib. O, 27 May tarixində 95%-dən çox səs toplayaraq yenidən Suriyanın prezidenti vəzifəsinə seçilmişdir və bununla da o, növbəti yeddi ildə də ölkənin idarəçiliyini öz öhdəsinə götürəcəkdir.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…