Polis Bakıda əməliyyatdandan sonra xaricdəki ana-balanın izinə düşdü – FOTO/VİDEO

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkokuryerliklə məşğul olan Kamran Talıbov Binəqədi qəsəbəsi Gülüstan küçəsi ərazisində saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun taksi fəaliyyəti ilə məşğul olduğu “Opel” markalı avtomobilin yük yerinə baxış zamanı üç kiloqram heroin aşkar olunaraq götürülüb. 

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər – Səid Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman üç kiloqramdan artıq heroin aşkar edilib.

Qeyd edək ki, Kamran Talıbov və Səid Məmmədov ifadələrində xarici ölkələrdən birində yaşayan narkotacirlərlə əlaqə yaradaraq onların Bakı şəhəri ərazisində maddi qazanc müqabilində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. Kamran Talıbovun həmin narkotacirlərlə əlaqəyə girməsi həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sübuta yetirilib. Xaricdən ölkə ərazisinə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə göndərən qadın və onun oğlu olduğu ehtimal edilən daha bir nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi və onların yaşadıqları ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Kamran Talıbov və Səid Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Related posts

Xırdalanda sahibsiz itlər qadına hücum edib yerə yıxdılar – ANBAAN VİDEO

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının təkəri sıradan çıxdı – VİDEO

Gecəyarısı avtoxuliqanlıq edib, şəhəri bir-birinə qatdılar – ANBAAN VİDEO