Azərbaycanda ildırım vurması nəticəsində ölən və xəsarət alanların adları məlum oldu – FOTO

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

Rayonunun Birinci Şıxlı kənd tam orta məktəbinin altıncı sinif şagirdi Nuray Osmanova və onun bacısı – dördüncü sinif şagirdi Ayan Osmanova ilə qohumları – beşinci sinif şagirdi Əfsanə Məmmədzadəni ildırım vurub.

Nəticədə Nuray Osmanova aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Onun bacısı və qohumu isə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb.

Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Related posts

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Bakıdakı oğurluq anbaan müşahidə kameralarına düşdü – FOTO/VİDEO

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO