Pişikləri üçün nəqliyyat vasitəsinin modifikasiyasını belə dəyişdi – FOTO

Taylandda bir kişi 11 pişiyini özüylə daşımaq üçün motosikletinə xüsusi yan araba quraşdırıb.

O, bütün ölkə boyu ticarətlə məşğul olduğu üçün daim yoldadır.

Çuvonq Tepko yerli sosial mediada məhz bu pişik arabası sayəsində məşhurlaşıb. Bu yaxınlarda taylandlı yenidən ev heyvanları ilə birlikdə 300 kilometrlik səyahətə çıxıb. Yerli könüllülər kişiyə maddi yardım ediblər və o, həmin pulla pişik arabası alıb.

Bundan əlavə, könüllülər tez-tez onun pişiklərinə yemək alırlar ki, heyvanlar uzun səfərlər boyu ac qalmasınlar.

Çuvonq deyib ki, bəzən pişikləri qidalandırmaq üçün ac qalmalı olub. O, həmçinin öz heyvanlarından heç vaxt imtina etməyəcəyinə söz verib.

Related posts

300 il öncə batmış şəhər yenidən göründü – FOTO

Qrimm qardaşlarının yoxa çıxan 27 kitabı tapılıb – FOTO

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO