“Galenvagen”in bahalı nömrəsini oğurlayan şəxs tapıldı – VİDEO

Bakıda bahalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxs saxlanılıb.

Hadisə ötən ay paytaxt sakini Şahin Rəhimovun başına gəlib.

O, avtomobili park etdiyi yerdən götürmək istəyəndə 10-RE-999 dövlət qeydiyyat nişanının açıldığını, nəqliyyat vasitəsinin alın şüşəsinə isə əlaqə saxlamaq üçün mobil nömrə yazıldığını görüb. Nömrəni qaytarmaq qarşılığında ondan 1000 manat tələb edilib.

Müsahibimiz növbəti dəfə belə hadisənin yaşanmayacağına ümid edir.

Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi məsələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, fevralın 25-dən 28-dək olan müddətdə paytaxt ərazisində naməlum şəxsin Şahin Rəhimova məxsus “Mercedes” markalı avtomobilin qeydiyyat nişanını oğurlayaraq geri qaytarmaq müqabilində 1000 manat pul tələb etməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini müəyyən edilərək saxlanıb.

Related posts

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO

Sürətlə gəldi, üç avtomobili əzib ağaca çırpıldı – ANBAAN VİDEO

Azərbaycan nümayəndələri Britaniya kralına bahalı hədiyyələr verib – FOTO/VİDEO