Pekin: Amerika sülhə ən böyük maneədir

Qafqaztimes xəbər verir ki, Sputnik-in məlumatına görə Çin Müdafiə Nazirliyi son günlərdə ABŞ hərbi gəmisinin Tayvan Boğazına girişindən sonra verdiyi açıqlamada bildirib: “Vaşinqtonun bu addımı təhlükəli və təxribat xarakterlidir və ölkə üçün ciddi problemlərə səbəb ola bilər”

Çin ordusunun sözçüsü deyib: “ABŞ -ın təxribatçı hərəkətlərinin təkrarlanması, Vaşinqtonun Tayvan boğazında sülh və sabitliyin ən böyük dağıdıcısı olduğunu göstərir və bölgədəki təhlükəsizliyin pozulmasına görə ABŞ məsuliyyət daşıyır.”

Çin ordusunun sözçüsü həmçinin bildirib: “USS Benfold Tayvan boğazını keçərkən Çin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən izlənilmişdir. Hərbi qüvvələrimiz bölgədəki hər hansı bir təhdidə və hərəkətə cavab verməyə hazırdır.”

O, əlavə edib: “Çin ordusu ölkənin milli suverenliyi və ərazi bütövlüyünü təhdid edən hər hansı bir addıma cavab verməyə hazırdır.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!