Əlcəzairli idmançı: Sionistləri qəzəbləndirdiyimə görə şadam

Qafqaztimes xəbər verir ki, sionist rəqibi ilə döyüşməkdən imtina edən Əlcəzairli cüdoçu Fəthi Nurin vətənə dönüb.

Nurin Əlcəzair hava limanında jurnalistlərə verdiyi müsahibəsində deyib: “Bu qərarı məşqçimlə verdim və bununla fəxr edirəm. Bu qərar ilk olaraq mənim, sonra isə Əl-Cəzayir millətinin və hökumətinin qürurudur.”

Al-Quds Al-Arabi qəzeti bu idmançının sözlərinə istinadən yazıb ki, bu qərara səbəb Əl-Cəzayir prezidenti Əbdül Məcid Təbunun da bütün dünyanın qarşısında “normallaşmanı müsbət bir hadisə hesab etmirəm və Fələstin məsələsini dəstəkləyirəm” söyləməsi olub.

Nurin, “Sionist rejimi qəzəbləndirdiyimə və Ərəb və İslam dünyasından (dəstəkləyici) zənglər aldığım üçün xoşbəxtəm” deyib.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO