“Oqab 44” aviabazası istismara verildi

İran İslam Respublikası Ordusunun hava qüvvələri “Oqab-44” adlı ilk yeraltı aviabazasının təqdimatını edib.

Fars İnformasiya Agentliyinin bu gün (7 fevral) verdiyi məlumata əsasən, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri və Ordu baş komandanı Əbdülkərim Musəvi “Oqab 44” taktiki hava bazasına baxış keçiriblər.

“Oqab-44” taktiki hava bazası yanacaq anbarları, hava limanı və naviqasiya avadanlıqları, təyyarənin saxlanılması və təmiri mərkəzləri, anqarlar, komandanlıq postu, alert və sair kimi məkanlara malikdir.

Bu iri yeraltı baza ordunun hava qoşunlarının müxtəlif tipli qırıcı-bombardmançı, eləcə də pilotsuz təyyarələrini qəbul etmək və əməliyyat mərhələsinə çıxarmaq qabiliyyətinə malikdir.

Xatırladaq ki, “Oqab 44” İran Hava Qüvvələrinə aid bir neçə bazadan biridir və son illərdə modern tələbat əsasında təsis edilib.

Related posts

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO

Allaha inan!