Nyu-Yorkda BƏƏ, Bəhreyn və Mərakeşin Fələstinə xəyanətinin ildönümü

Qafqaztimes xəbər verir ki, sionist rejimin BMT-dəki daimi nümayəndəliyi, BMT-nin rəsmi nümayəndə heyətlərini və tanınmış media orqanlarını “İbrahim anlaşması” olaraq bilinən sionist rejimi ilə BƏƏ, Bəhreyn və Mərakeş arasındakı normallaşma müqaviləsinin birinci ildönümü mərasiminə dəvət edib.

Bu mərasim dünən (13 Sentyabr) Nyu-York vaxtı ilə 12:00 -da Manhettendəki yəhudi muzeyində keçirilib.

Əl-Qüds Əl-Ərəbiyəyə görə, İsrail, BƏƏ, Bəhreyn və Mərakeşin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəliklərinin ev sahibliyi ilə keçirilən mərasimdə İsrailin ABŞ və BMT-dəki səfiri Gilad Ardan çıxış edib. BƏƏ səfiri Lana Nasibə, Bəhreyn səfiri Camal Salim əl-Ravai, Mərakeş səfiri Ömər Hilal və ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild də bu mərasimdə iştirak etmişlər.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…