Feysal Miqdad: ABŞ və Türkiyə Suriyada işğala və terrora dəstəyə son qoysun

Qafqaztimes xəbər verir ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Gir Pederson başçılıq etdiyi nümayəndə heyəti ilə şənbə günü günortadan sonra Suriyanın xarici işlər naziri Feysal Miqdadla görüşüb.

Rəsmi Suriya Xəbər Agentliyi (SANA), tərəflərin beynəlxalq vəziyyəti, xüsusən bölgədəki vəziyyəti müzakirə etdiklərini bildirib. Miqdad, bütün ölkələrin beynəlxalq hüquqa və BMT nizamnaməsinə hörmət etməli olduqlarını vurğulayıb.

O, qeyd edib ki, bütün ölkələr digər ölkələrin işlərinə qarışmamalı və millətlərin maraq və iradəsinə zidd xarici proqramlar tətbiq etməməlidir. Çünki keçmiş təcrübə bu cür üsulların uğursuz olduğunu sübut edib.

Feysəl Miqdad deyib: “Suriyanın suverenliyinə hörmət edilməli, ölkənin daxili işlərinə xarici müdaxilələr rədd edilməli, ABŞ-Türkiyə işğalına son qoyulmalı, Vaşinqton və Ankaranın Suriyanın suverenliyini pozmalarının və terrorizmi dəstəkləmələrinin qarşısı alınmalıdır.”

O, həmçinin Türkiyənin Əl-Həsəkədəki bir milyon dinc əhalinin suyunu kəsməklə insanlıqdan kənar davranışını tənqid edərək, Birləşmiş Millətləri bu təcavüzlər qarşısında susmamağa və düzgün mövqe ortaya qoymağa çağırıb.

Related posts

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi