Netanyahu: İsraildə hər şey məhv olmaqdadır

QafqazTimes xəbər verir ki, İsrailin sabiq baş naziri Benyamin Netanyahu siyasi rəqiblərini Təl-Əvivin milli təhlükəsizliyinə zərbə vurmaqda ittiham edib.

Netanyahu çıxışında hazırkı müvəqqəti baş nazir Yair Lapid və onun keçmiş siyasi tərəfdaşı Benni Qantzı Rusiyaya qarşı tünd danışmaqla milli təhlükəsizliyə zərbə vurmaqda ittiham edib.

Netanyahu çərşənbə axşamı canlı çıxışında deyib ki, onun Rusiya ilə yaxın hərbi əməkdaşlıq irsi məhv edilir. Sionist rejimin keçmiş baş naziri bununla bağlı deyib: “Ötən illərdə əldə etdiyimiz hər şeyin gözümüzün qabağında məhv olacağından narahatam. Hər şey məhv olmaqdadır.”

Təl-Əvivin keçmiş baş naziri həmçinin xəbərdarlıq edib: “Qantz və Lapidin davranışı milli təhlükəsizliyimizi təhlükə altına qoyur. Bu böhran dərhal bitməsə, təhlükəsizliyimizə dəyən ziyan böyük olacaqdır.”

Qeyd edək ki, rəsmi Moskvanın Yəhudi Agentliyinin fəaliyyətini qadağan etmək qərarından sonra sionist rejim ilə Rusiya arasında gərginlik artıb. Bir sionist qəzeti iyulun əvvəlində yazıb ki, Rusiya hökuməti Yəhudi Agentliyindən Rusiya torpaqlarında bütün fəaliyyətlərini dayandırmasını istəyib. Bu sionist qəzetin yazdığına görə, Rusiyanın qərarı yəhudilərin mühacirət imkanlarına təsir edəcək.

Beynəlxalq Yəhudi Agentliyi immiqrantların işğal olunmuş Fələstinə köçürülməsinin əsas icraçısı hesab olunur. Əl-Məyadin telekanalı bu məsələ ilə bağlı hazırladığı reportajda ibranidilli mediaya istinadən bildirib ki, İsrail və Rusiya arasında münasibətlərin pozulmasından danışmaq hələ tez olsa da, İsraildə ümumi təəssürat bundan ibarətdir ki, bu proses Moskva ilə gərginliyə doğru gedir.

Related posts

Franklin: Yəhudilər…

Sionist rejim: Robio İsrailin sevimli dostudur

Yəhudilər…