Sionist şirkətlərin internet saytları kiberhücumlara məruz qalıb

QafqazTimes xəbər verir ki, “Əl-Tahira” adlı iraqlı haker qrupu üç sionist şirkətin internet saytlarını haker hücumuna məruz qoyaraq, saytın əsas səhifəsində şəhid General Hacı Qasım Süleymaninin təsvirini və Həşduş-Şabi təşkilatının Şəhid Süleymani barədə olan mahnısını dərc ediblər.

Bu haker hücumunu təsdiqləyən ibrani dilində nəşr olunan “Yediot Aharanot” qəzetinin internet saytı yazıb ki, Əl-Tahira qruplaşması bir neçə ay əvvəl Sionist Hava Limanının internet saytını da sıradan çıxarmışdı.

Bu haker hücumunda elektron hissələrin satışı və onlayn alış-veriş sahəsində fəaliyyət göstərən şirkətlərin altı internet saytı hücuma məruz qalıb.

Əl-Tahira qrupu İyulun 18-də “Team 1877” adlı haker qrupu ilə birlikdə rəqəmsal təhlükəsizlik və süni intellekt üzrə mütəxəssis olan İsrailin “Cellebrite” şirkətini də kiberhücumla hədəfə almışdır.

Sionist rejimin hökumət saytları və serverləri ikinci dəfədir ki, İraq ərazisindən kiberhücumlara məruz qalır. Belə ki, iyunun sonunda “Sharpboys” qrupu kiberhücum vasitəsilə 200 nəfərin məlumat və kredit kartlarının olduğu sionist turist saytlarına hücum etmişdi.

Qeyd edək ki, may ayında İraqın “Əl-Tahira” haker qrupu sionist rejimin nəqliyyat sektorunun infrastrukturuna kütləvi hücum həyata keçirərək bu rejimin ən böyük nəqliyyat şirkətini sıradan çıxarmışdı.

Bundan əvvəl, aprel ayında iraqlı hakerlər Tel-Əvivdəki Ben Qurion hava limanının və “İsrail” bankının internet səhifəsini və serverlərini ardıcıl iki gün ərzində sıradan çıxarmışdılar və bu kiberhücuma görə məsuliyyəti “Əl-Tahira” kimi tanınan qrup öz üzərinə götürmüşdü. Sionist rejimin serverləri elan etmişlər ki, sionist rejimin 9-cu kanalının informasiya bazası da bu kiberhücumun hədəfinə çevrilib.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir