Neqev sammiti – anti-İran koalisiya!

QafqazTimes.com ANNA-ya istinadən xəbər verir: İşğal olunmuş Fələstin torpaqlarında qondarma İsrailin Neqev bölgəsində 27-28 mart tarixlərində Neqev sammiti keçirilir. Sammitə ABŞ dövlət katibi, BƏƏ, Misir, Mərakeş, Bəhreynin xarici işlər nazirləri qatılacaq. İordaniya sammitə qatılmadığını bildirsə də, kral Abdulla eyni vaxtda Ramallahda səfərdə olacaq (?). 20 il qabaq bu toplantının məqsədi formal olaraq Fələstin probleminin həlli idisə, hazırda məqsəd Abram Layihəsi, əslində İrana qarşı koalisiyanın mökəmləndirilməsidir. Artıq ABŞ dövlət katibi Blinken İsraildədir.

Sammit Neqev səhrasında Sde-Boker məntəqəsində, işğalçı rejimin ilk başçısı qatil Ben-Qurionun qədim evinin ərazisində oteldə keçiriləcək.

Sammit haşiyəsində prezident Hersoqla baş nazir Bennet arasında  qalmaqal yaranıb. Hersoq, Bennetə demədən Əbu Mazen (Mahmud Abbas) və İordaniya kralı ilə görüşmək istəyib. Bundan xəbər tutan Bennet dünya mətbuatının diqqətini cəlb edən qalmaqal yaradıb.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir