Gənc müəllim qarşı cinslə əl ilə görüşmədiyinə görə işsiz qaldı – FOTO

Norveçdə gənc müəllim dini inancına görə qadın həmkarları ilə fiziki təmasdan imtina etməsi səbəbindən işini itirib.

Bu haqda “SputnikNews” nəşri xəbər yayıb. Ölkə paytaxtı Oslodakı Ekeberq ibtidai məktəbinin rəhbərliyi qadınlarla görüşərkən onların əllərini sıxmaqdan imtina edən müsəlman müəllimlə əmək müqaviləsini yeniləməyib.

“Müəllimələrimiz onun əl verməkdən imtina etməsi səbəbindən özlərini təhqir olunmuş hesab ediblər”- deyə məktəb müdiri Bente Alfxeym bildirib. Müsəlman müəllim isə qadınlarla əl sıxışmaqdan imtina etməyinin onlara hörmətsizlikdən yox, İslam qanununun tələb etdiyi kimi, nəfsinin şərindən qorunmaq istəyindən irəli gəldiyini izah edib.
Bu vəziyyətdə Norveçin hüquq müdafiəçiləri müsəlman müəllimi dəstəkləyiblər.

Məsələnin əyalət məhkəməsinə çıxarılacağı halda müəllimin qalib gələcəyi və təzminat alacağı gözlənilir.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO