Nəzir qutusu əhvalatı

QafqazTimes.com Azərbaycan mediasına istinadən xəbər verir: Ölkədə Nəzir qutusu davası səngimək bilmir. Doğrudanmı məqsəd bu sirli qutunu ələ keçirməkdir, yoxsa pərdəarxası oyunlar var? Hər halda dinlə bağlı çəkişmələrdə aparacı tərəf olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun  müsahibəsindən “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər barədə düşündürücü nöqtələri bir də nəzərdən keçirək:

Maarifləndirmə işinə paralel olaraq din sahəsində milli kadrların hazırlanması istiqamətində ardıcıl tədbirlər davam etdirilir…

Dəyişikliklər qəbul ediləcəyi təqdirdə dini sahədə yeniliklər olacaq. Birincisi, müsəlman din xadimlərinin təyinatı dövlət qurumu tərəfindən həyata keçiriləcək. İkincisi, dini icmalar dövlət qeydiyyatından keçmək üçün təsis sənədlərini dini mərkəz və idarələr vasitəsilə deyil, birbaşa dövlət orqanına təqdim edəcəklər. Üçüncüsü, vətəndaşlar həm nağd, həm də elektron, plastik kartlar, internet vasitəsilə ianə (sədəqə) verə biləcəklər…

QMİ həm də dəyişikliklər qəbul ediləcəyi təqdirdə din xadimlərini və dindarları, ümumiyyətlə, hər kəsi ona əməl etməyə çağırdı. Bu açıqlama ilə Qafqaz Müsəlmanları İdarəsi dövlətçiliyimizə və milli maraqlamıza sadiqliyini nümayiş etdirdi…

Qafqaz Müsəlmanları İdarəsi ənənəvi dini mərkəz kimi tarixi funksiyasını və şəriətlə bağlı faəliyyətini davam etdirəcək…

Əgər dəyişiklik qəbul edilsə, din xadimi dövlət qurumu tərəfindən təyin edilən ilk dünyəvi dövlət Azərbaycan olmayacaq. Məsələn, qardaş Türkiyədə Atatürkdən üzü bəri müsəlman din xadimləri Diyanət İşləri Başqanlığı tərəfindən təyin edilir. Məscid imamları Türkiyədə dövlət qulluqçularıdır. Bu cür nümunələr dünyəvilik anlayışının beşiyi sayılan Avropada da var. Məsələn, dünyada liberal və mütərəqqi dəyərləri müdafiə edən ölkələr kimi tanınan Norveç, Danimarka, Finlandiya, İngiltərə və İslandiyada hətta ölkənin qanunlarında onun hansı dinə (bəzən təriqətə) aid olması təsbit edilib. Norveç Konstitusiyasına görə, hökumət üzvlərinin ən azı yarısı kilsənin üzvü olmalıdır. Yaxud İngiltərədə kral Anqilikan kilsəsinin rəhbəri hesab edilir. Həmçinin kral kilsəni faktiki idarə edən şəxsi və əsas din xadimlərini təyin edir. Bu təyinatlara namizədlər isə hökumət tərəfindən verilə bilir. Başqa bir nümunə isə sərt dünyəvilik modelinin bariz nümunəsi olan, dünyəviliyin vətəni sayılan Fransadır. Bu ölkənin Elzas bölgəsində dövlət din xadimlərinə maaş verir, din xadimlərini himayə və təyin edir…

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi indiyədək ianələrlə bağlı məsələlərə hansısa formada müdaxilə etməyib…

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?