Bayden: Rusiya 16 fevralda hücum edəcək!!

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: ABŞ prezidenti Co Bayden qərb ölkələri, Avropa İttifaqı, Şimali Atlantika Alyansı başçıları ilə videokonfransda Rusiyanın Ukraynaya hücum tarixini açıqlayıb. Politiko yazır ki, Bayden bu hücumun 16 fevrala planlaşdırıldığını bildirib. ABŞ prezidentinin şok bəyanatı dünyada birmənalı qarşılanmayıb. Kimi bunu yaşı ötmüş qocanın axmaqlığı, kimi Rusiyanı qızışdırmaq, kimi də önləyici kəşfiyyat məlumatı kimi dəyərləndirir. Bloomberg isə adı açıqlnmayan dövlət məmuruna istinadən yazıb ki, hücum 15 fevralda baş tutacaq. Bir qədər öncə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan Rusiyanın Pekin Olimpiadası zamanı Ukraynaya hücum edəcəyini bildirmişdi. Amerika proqnozlarla kifayətlənməyib, amerikalıları təcili Ukraynanı tərk etməyə çağırıb.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO