MKİ-nın yüzlərlə danimarkalı yetim üzərində apardığı gizli eksperimentlər

Qafqaztimes xəbər verir ki, Danimarkada yeni çəkilən bir sənədli film ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) bir neçə yüz skandinaviyalı uşaq üzərində eksperiment aparmaqda ittiham edib.

Sənədli filmə görə, MKİ 1960-cı illərin əvvəllərində bir çoxu övladlığa götürülən və ya uşaq evlərində olan 311 danimarkalı uşaq üzərində gizli şizofreniya eksperimenti keçirib.

Danimarka radiosunun “Mənim axtarışım” bu sənədli filmi ABŞ kəşfiyyat agentliyini Kopenhagendə yerli hakimiyyət orqanlarının nəzarətində olan xəstəxanada aparılan eksperimentləri dəstəkləməkdə ittiham edib. Bu araşdırmaların məqsədinin şizofreniya ilə irsiyyət və ya ətraf mühit arasındakı əlaqəni araşdırmaq olduğu bildirilir.

Russia Today-in məlumatına görə, uşaq ikən adı çəkilən bu eksperimentlərin qurbanı olduğunu deyən Per Venik onu kresloya oturdaraq, ona müxtəlif elektrodlar bağlandığını və onu yüksək, kəskin səslərə qulaq asmağa məcbur edildiyini bildirib. Bu eksperimentin məqsədi, görünür, uşağın psixotik problemlərinin olub olmadığını müəyyən etmək olub.

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib