Avropa Parlamentinin deputatı: Heç kim İŞİD-i məğlub etmək üçün general Süleymani qədər səy göstərməyib

Qafqaztimes xəbər verir ki, Avropa Parlamentinin irlandiyalı nümayəndəsi Mik Uolles İranın Avropa İttifaqındakı nümayəndə heyətinin general Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində yazdığı twitter mesajına reaksiya verərək, bildirib ki, İraqda İŞİD-in məğlub edilməsində heç kim Sərdar Süleymani qədər xidmət göstərməyib.

O, twitter mesajında ​​yazıb: “ABŞ və müttəfiqləri İŞİD-in güclənməsinə və terrorçu qrupların silahlanmasına görə məsuliyyət daşıdıqları bir vaxtda İraqda İŞİD-i məğlub etmək üçün heç kim general Süleymani qədər səy göstərmədi. O, ABŞ tərəfindən qətlə yetirilən zaman beynəlxalq ictimaiyyətin qınağı harada idi?”

İranın Avropa İttifaqındakı nümayəndəliyi ötən gün rəsmi twitter səhifəsində Şəhid Qasim Süleymai barəsində bir video klip yayımlayaraq yazıb: “Sizi Sərdar Süleymaninin şəhadətinin ikinci ildönümünü qeyd etmək üçün səfirlikdə hazırladığımız bu videoçarxa baxmağa dəvət edirik. Bu qəhrəman regionda sülhün bərqərar olması üçün çalışmış, ekstremizm və terrorizmin yayılmasına qarşı möhkəm qala olmuşdur.”

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…