Mayk Pompeo qorxuya düşdü

QafqazTimes xəbər verir ki, General Qasim Süleymaninin şəhadətinin ildönümü mərasimindən bir neçə saat sonra Qüds Qüvvələrinin keçmiş komandirinin terrorunda əli olan yüksək rütbəli ABŞ rəsmisi özünün və keçmiş ABŞ prezidentinin təhlükəsizliyindən narahat olduğunu bildirib.

Mayk Pompeo Fox News-a müsahibəsində Vaşinqtonun 2020-ci il dekabrın 3-də general Qasım Süleymaniyə qarşı terror hücumundan danışıb və Bayden administrasiyasını onu və digər amerikalıları müdafiə etməyə çağırıb.

Donald Tramp administrasiyasında anti-İran və düşmənçilik fəaliyyətləri ilə tanınan amerikalı siyasətçi bu müsahibədə İran İslam Respublikası prezidentinin çıxışına münasibət bildirib.

İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisi bazar ertəsi İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü ilə əlaqədar amerikalılara müraciət edərək deyib: “Hacı Qasim Süleymani İraq baş nazirinin rəsmi qonağı idi, siz həm İraqın suverenliyini pozdunuz, həm də bir şəxsə deyil, bir millətə sui-qəsd etdiniz. Bütün İslam ümməti üçün çox ağır və baha başa gələn bu dəhşətli cinayətə görə nə etmək lazımdır? Təcavüzkar, qatil və əsas cinayətkar olan ABŞ-ın sabiq prezidenti məsuliyyətə cəlb edilməli, qisas alınmalı və Allah hökmü onun üzərində icra etməlidir.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik