Həmas və İslami Cihad İsrailə cavab verilməsilə bağlı razılıq əldə ediliblər

QafqazTimes xəbər verir ki, Qəzza zolağındakı Fələstin müqavimət qruplarının liderlərindən biri Həmas və İslami Cihad arasında dünənki (bazar ertəsi) görüşün bəzi mühüm təfərrüatlarını açıqlayıb.

O, “Arab 21” telekanalına bildirib ki, hər iki hərəkatın hərbi komandirlərinin qatıldığı toplantıda 141 günlük aclıq aksiyası sona çatan 40 yaşlı Hişam Əbu Havaşa dəstək üçün mühüm qərarlar verilib.

Müqavimət üzvü vurğulayıb ki, bu görüşdə Əbu Həvaşın şəhid olacağı təqdirdə İsrailə cavab verilməsilə bağlı razılıq əldə edilib.

İslami Cihadın baş katibi Ziyad ən-Nəxalə ötən cümə axşamı xəbərdarlıq edib: “Əgər əsir Əbu Həvaş şəhid olarsa, biz bunu terror əməliyyatı hesab edəcəyik və buna uyğun cavab verəcəyik”.

Ötən gecə yüzlərlə fələstinli əsir Əbu Həvaşla həmrəylik nümayişi keçirib. İslami Cihadın təşkil etdiyi bu yürüşdə iştirakçılar “Hamımız səninləyək və sən tək deyilsən və ya Hişam” sözləri yazılmış plakatlar qaldırıblar.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir