Mahmud Abbas Çinə gedir

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas yeni səfərə çıxır. Fələsin liderinin səfər edəcəyi ölkə Çindir.

Əl Aləm telekanalının məlumatına əsasən, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib. XİN-in rəsmi saytında dərc edilən məlumatda deyilir ki, Mahmud Abbas 13-16 iyun tarixlərində Çin Sədri Si Cinpinin dəvəti əsasında bu ölkəyə dövlət səfəri edəcək. Bu səfər Mahmud Abbasın Çinə 5-ci səfəri olacaq.

Qeyd edək ki, Çin Xalq Respublikası ilə Fələstin dövləti arasında ikitərəfli münasibətlər Mao Tszedunun hakimiyyətinə qədər uzun bir tarixə sahibdir. Maonun xarici siyasəti 3-cü Dünya Ölkələrində Milli Qurtuluş Döyüşlərinin – ölkələrin müstəmləkə hakimiyyətindən azad edilməsi uğrunda aparılan müharibələrin dəstəyinə əsaslanırdı. Maonun ölümündən sonra Çin beynəlxalq forumlarda Fələstin Azadlıq Təşkilatına dəstəyini davam etdirdi.

Çin 1988-ci ildə Fələstin Dövlətinin müstəqilliyini rəsmi olaraq tanıdı. 1992-ci ildə Çin İsraillə rəsmi münasibətlər qurdu və hər iki ölkə ilə yaxın münasibətləri davam etdirdi. Hər iki Fələstin lideri Yasir Ərəfat və Mahmud Abbas Çində rəsmi səfərdə olub.

Bundan əlavə, Çin Həmas-ı terror təşkilatı kimi tanımır. Paytaxtı Şərqi qüdsdə 1967-ci il sərhədləri daxilində “suveren və müstəiql Fələstin Dövlətinin” mövcudluğunu tam dəstəkləyir.

Related posts

Ağ Ev: Qəzzədə atəşkəs mümkündür

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək