Dünyanın ən qədim qəbri tapıldı – FOTO

Cənubi Afrikada mürəkkəb davranış qabiliyyəti olmayan “Homo naledi” qəbri tapılıb.

Vitvatersrand Universitetinin (Yohannesburq, CAR) arxeoloqları dünyanın ən qədim qəbrini tapıblar. Qəbirdə kiçikbeyinli, mürəkkəb davranışa qadir olmayan, insanın uzaq qohumunun qalıqları aşkarlanıb. 

Alimlər bir neçə “Homo naledi” skeleti tapıblar. Qalıqlar yerin təxminən 30 metr dərinliyində, “İnsanlığın beşiyi” (Cənubi Afrikada qədim insan qalıqlarının kəşflərinin episentri olaraq qalan əhəngdaşı mağaralarının mürəkkəb şəbəkəsi) mağara sistemində dəfn ediliblər.

“Bunlar hominid salnamələrində indiyə qədər qeydə alınmış ən qədim dəfnlərdir. Onlar “Homo sapiens” dəfnlərindən ən azı 100 000 il yaşlıdırlar. Cəsədləri gizlətmək üçün qəsdən qazılmış və sonra doldurulmuş çuxurlarda ən azı beş nəfər var. Bu tapıntılar göstərir ki, dəfn üsulları “Homo sapiens” və ya digər iribeyinli hominidlərlə məhdudlaşmayıb”, – deyə arxeoloqlar bildiriblər.

Related posts

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO

Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO