Livan sionistlərin son təcavüzünə görə Təhlükəsizlik Şurasına şikayət edəcək

Qafqaztimes xəbər verir ki, “Qüds Əl-Əxbariyyə” telekanalının məlumatına görə sionistlərin ötən cümə axşamı Livan ərazisinə hava hücumlarından sonra Livan Xarici İşlər Nazirliyi belə bir bəyanat yayıb: “Sionistlərin ərazimizə təcavüzünü şikayət etmək üçün Təhlükəsizlik Şurasına müraciət edəcəyik.”

Bu nazirliyin bəyanatında həmçinin qeyd olunub: “Bu hərəkətlər Livanın suverenliyinin, BMT Nizamnaməsinin və beynəlxalq qətnamələrin açıq şəkildə pozulmasıdır.”

Bu hücumlardan sonra İranın nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında sionist rejimin bu təcavüzünü kəskin şəkildə qınayaraq deyib: “Sionist rejim Livanın cənubunu bombalamaqla beynəlxalq hüquqların kobud şəkildə pozulmasına yol verdi. Bu işğalçı rejim öz ittihamlarını başqaları ilə bölüşməklə cinayətlərini silə bilməz.”

Sionist hərbiçiləri cümə axşamı gecəsi Livanın cənubundakı bölgələri hədəfə almışdır. Çərşənbə axşamı gecəsi isə Livanla sərhəd bölgələrinə 100-dən çox mərmi atmışdır. Bu təcavüzlərə cavab olaraq Livan Hizbullahı işğal olunmuş ərazilərdə sionistlərin mövqelərinə raket zərbələri endirib.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir