Hizbullahın İsrail təcavüzünə cavabı

Qafqaztimes xəbər verir ki, xəbər mənbələri İşğal altında olan Fələstin ərazilərinə yeni raket zərbələri endirildiyini bildirib.

Livan İslami Müqaviməti İsrailin hava zərbələrinə cavab olaraq, onlarla raketlə işğal altında olan “Şəba” sahələrində sionistlərin mövqelərini hədəf aldığını bəyan edib.

Bəzi xəbər mənbələri bu gün Livanın cənubundakı işğal altında olan “Şaba” tarlalarında partlayış səslərinin eşidildiyini bildirib.

Əl-Cəzirə telekanalı xəbər verir ki, işğal olunmuş Şaba sahələrində yerləşən İsrail mərkəzinə raket zərbələri endirilib.İşğal edilmiş Qolan yüksəkliklərində və işğal olunmuş ərazilərin bəzi yerlərində həyəcan siqnalı eşidilib.

Sionist ordusu radiosu, Livanla həmsərhəd şəhərlərdə bir neçə partlayışın eşidildiyini xəbər verib.

Livan təhlükəsizlik mənbəsi Reuters -ə bildirib ki, raketlər Livanın cənubundan işğal olunmuş ərazilərə atılıb.

İşğal olunmuş ərazilərə raket hücumu xəbərinin ardınca Livan İslam Müqaviməti raket hücumu ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…