Neftçalada fəlakət: İnsanlar Allahı köməyə çağırıb, nalə çəkirlər (Video izlə)

Kür çayının suyu kəskin azalıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

Çayın quruması və orada bəndin yaradılması balıqçıların narazılığına səbəb olub.

Məsələ barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov açıqlama verib.

Onun sözlərinə görə, azsululuq dövründə, yəni yay aylarında Kürdə suyun səviyyəsi düşür və nəticədə Xəzər dənizinin suyu Kürün hövzəsinə daxil olur:

“Bu da Salyan və Neftçala rayonları ərazilərində Kürün suyunun duzlaşmasına səbəb olur. Son illər bu səbəbdən Salyan və Neftçala rayonlarının Kür boyu yaşayış məntəqələrində içməli su ilə bağlı ciddi problemlər yaşanır.

Bu problemlərin qarşısının alınması üçün Xəzər dənizinə yaxın ərazilərdə, Kür çayının əsas qolu və “Bala Kür”ün üzərində suaşıran qurğular inşa edilir. Sözügedən qurğular dəniz səviyyəsindən 20 santimetr hündürlükdə yerləşən torpaq bəndlərdir.

Qeyd olunan bəndlərin tikintisindən sonra Kürün dənizə axmasında heç bir problem olmayacaq, Kür Xəzərə necə axırdısa, o cür də axacaq. Sadəcə, azsululuq dövründə Kürdə suyun həcmi azaldıqda dəniz suyu Kürün yatağına daxil ola bilməyəcək”.

Nazir müavininin sözlərinə görə, suaşıran qurğunun tikintisində bütün ekoloji tələblərə riayət olunub:

“Bəndin dəniz səviyyəsindən cəmi 20 santimetr hündürlükdə olması sudakı canlıların miqrasiyası üçün hər hansı problem yaratmayacaq. Balıqların maneəsiz hərəkəti üçün həmin ərazidə balıqötürücü qurğular da yerləşdiriləcək”.

Related posts

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

Kriminal “Cümü”yə 18 il həbs verildi – FOTO

Azərbaycanda dəhşətli hadisə: Meyiti yük maşınına qoydular – FOTO/VİDEO