Əfqanıstan-Pakistan sərhədində şiddətli atışma: Ölənlər var (Video izlə) 

Əfqanıstan-Pakistan sərhədində yerləşən Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında baş verən atışma nəticəsində 6 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

“Dekabrın 11-də Əfqanıstanın Sərhəd Qüvvələri Pakistanın Bəlucistan əyalətinin Çaman şəhərində yaşayan dinc əhaliyə qarşı ağır silahlardan, o cümlədən artilleriya və minaatanlardan istifadə edərək atəş açıb, nəticədə altı mülki şəxs həlak olub, 17 nəfər yaralanıb”, – məlumatda bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, Pakistan Sərhəd Qoşunları mülki əhalini hədəfə alanlara və təcavüz aktı törədənlərə qarşı cavab tədbirləri görüb.

Əfqanıstan mətbuatının yazdığı məlumatda isə qeyd olunur ki, silahlı insident nəticəsində dörd əfqan ölüb, 20 nəfər yaralanıb.

Məlumat üçün qeyd edək ki, Spin-Boldak-Çaman sərhəd keçid məntəqəsi Pakistan və Əfqanıstan sərhədində iki ölkə arasında ticarətin həyata keçirildiyi əsas məntəqələrdən biridir.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO