İtkin düşən azyaşlının müəmmalı ölümü (Video izlə)

Xaçmazda itkin düşən azyaşlının meyiti Qubada tapılıb.

Xaçmaz rayonunun Çaykənarı kənd sakini 7 yaşlı Tahir Nurməmmədli 28 iyun səhər saatlarında itkin düşüb. Ailəsi uşağı kənd ərazisində axtarsa da, nəticə olmayıb. 

Gecə saatlarında azyaşlının meyiti Quba rayonunun Qımılqışlaq kəndində süni şəkildə yaradılmış göldə tapılıb.

Yeddi yaşlı uşağın bir rayondan digərinə hansı yolla getməsi valideynlərində və yaxınlarında müəmma doğurub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Related posts

Əli Əsədov və Ceyhun Bayramov İran İslam Respublikasına gedib -VİDEO

Bakıda avtomobil qatar yoluna aşdı – RƏSMİ AÇIQLAMA + VİDEO

Bakıda 62 illik körpüdən geriyə qalanlar – VİDEO